Dünya Meteorologiya Təşkilatı: Bu qış planetimizdə "El Nino" hadisəsinin təkrarı gözlənilir


Digərləri 12 Sen 2018 03:30:00 249 0

Dünya Meteorologiya Təşkilatı: Bu qış planetimizdə "El Nino" hadisəsinin təkrarı gözlənilir

Dünyada okeanların səviyyəsinə və atmosferə təsir etmiş "El Nino" hadisəsinin bu ilin sonunda təkrar olunacağı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Dünya Meteorologiya Təşkilatı (DMT) bəyanat yayıb. Bildirilir ki, son dəfə 2015-2016-cı illərdə baş vermiş "El Nino" hadisəsi bir çox ölkələrdə güclü fırtına, sel və daşqınlarla, ənənəvi iqlim ahənginin pozulması ilə müşayiət olunub. Bu atmosfer və qlobal iqlim dəyişikliyi Sakit okeanda temperaturun yüksəlməsi ilə başlayır və qlobal miqyasda yayılır. Məhz bu dəyişiklik nəticəsində 2016-cı ildə Yer üzündə ən isti havalar, Afrikada görünməmiş quraqlıq, Cənubi Amerikada isə sel və daşqınlar qeydə alınıb.