Müəvvizəteyn surələri hansılardır?


Digərləri 11 Sen 2018 23:50:00 408 0

Müəvvizəteyn surələri hansılardır?

Qurani-kərimin son iki surəsini - Fələq və Nas surələrini birlikdə "müəvvizəteyn surələri" adlandırırlar.

Son.az islam.az-a istinadən bildirir ki, bu söz ərəb dilində "(Allaha) sığındıran iki (qoşa)" mənasını verir. Surələrə bu adın verilməsinin səbəbi budur ki, onların hər ikisi "qul əuzu" (de ki, sığınıram) kəlmələri ilə başlayır. Quruluş etibarilə bir-birinə bənzədikləri üçün bu iki surəni qoşa sayıb "müəvvizəteyn" adlandırmışlar. Hər iki surə ənənəvi olaraq gözdəyməyə qarşı, çətin işlərin həll olması üçün oxunur.