Hənzələ qəsilülməlaikə kimdir?


Digərləri 11 Sen 2018 22:55:00 280 0

Hənzələ qəsilülməlaikə kimdir?

Hənzələ gənc yaşlarında iman gətirmişdi. O, İslamdan əvvəl də hənif dinində idi, bütlərə tapınmırdı. Amma atası Əbu Amir xaçpərəst əqidəsində idi.

Hənzələ hicrətdən sonra ailə qurdu. Onun toyu Ühüd savaşından bir gün əvvələ təsadüf etmişdi. Müsəlmanlar döyüş məqsədi ilə Mədinədən çıxanda Hənzələ öz toyunda iştirak etmək üçün Peyğəmbərdən bir günlük möhlət aldı və sabah tezdən özünü qoşuna çatdıracağına söz verdi.

Son.az islam.az-a istinadən bildirir ki, Hənzələ həmin gecəni öz həyat yoldaşı ilə keçirdi. Səhər yuxudan ayılanda artıq cənabət qüslü almaq üçün vaxtı yox idi. O, qüsl almadan evdən çıxdı və dediyi vaxt Ühüdə gəlib çatdı. Döyüş başlayanda şücaətlə meydana atıldı və arxadan vurulan bir nizə zərbəsi ilə şəhid oldu.