Namaz qılan adamın qabağından kimsə keçsə, namaz pozulurmu?


Digərləri 11 Sen 2018 22:45:00 388 0

Namaz qılan adamın qabağından kimsə keçsə, namaz pozulurmu?

Namaz qılan şəxsin qarşısında canlı varlığın özünün və təsvirinin olmaması daha yaxşıdır. Yəni imkan daxilində namaz qılan şəxs özünə elə yer seçməlidir ki, qarşısında insan durmasın, həmçinin, canlı varlığın rəsmi və heykəli olmasın. Buna görə də gediş-gəlişli yerlərdə, qapı ağzında namaz qılmaq bəyənilmir. Amma əgər belə hal baş versə, namaz pozulmaz. İnsandan asılı olmadan qarşısından kimsə keçərsə, heç bir günahı yoxdur və namaz düzgün sayılır.

Son.az islam.az-a istinadən bildirir ki, əgər adam bundan narahatlıq keçirirsə, namaza başlamazdan əvvəl qiblə tərəfdə bir çubuğu öz qarşısında yerə qoysun və sanki çubuqla özünü kənar aləmdən ayırsın. Əgər çubuq olmasa, uzun təsbehi açıq şəkildə sərmək də olar. Bunu edəndən sonra adamın qabağından kimsə keçib-getsə və ya qabağında dursa da, namaza qətiyyən təsiri olmaz.