Trampın İrlandiyaya səfəri hələlik müzakirə olunur


Dünya 11 Sen 2018 22:28:00 274 0

Trampın İrlandiyaya səfəri hələlik müzakirə olunur

ABŞ prezidenti Donald Trampın İrlandiyaya səfər edib-etməyəcəyi məsələsi hələlik həll olunmayıb və müzakirə altındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalislərə Ağ Evin mətbuat katibi Sara sanders deyib.

S.Sanders bildirib: "Prezident əvvəl elan olunduğu kimi noyabrda Parisə gedəcək. Biz, hələ ki İrlandiyaya səfər olub-olmayacağını müzakirə edirik. Detallar dəqiqləşən kimi, sizə məlumat verəcəyik".