Tbilisidə etirazçılar və polis arasında qarşıdurma olub


Dünya 11 Sen 2018 22:04:00 302 0

Tbilisidə etirazçılar və polis arasında qarşıdurma olub

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaşanıb.

Son.az "Report"a istinadən bildirir ki, aksiyanın təşkilatçısı Zaza Saralidze və etirazçılar parlamentin qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb.

Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.