Azan vermək ənənəsi İslamda necə yaranıb?


Digərləri 11 Sen 2018 21:45:00 335 0

Azan vermək ənənəsi İslamda necə yaranıb?

Bu barədə görüşlər fərqlidir. Əhli-sünnə məzhəbində azanın tarixini Abdullah ibn Zeyd adlı səhabə ilə bağlayırlar. Bu nəzəriyyəyə görə, hicrətdən sonra Mədinədə məscid tikilib qurtardıqda Həzrət Mühəmməd Peyğəmbər (s) namaz vaxtını hansı üsulla elan etmək barədə səhabələrlə məşvərət aparır. Kimisi zəng çalmağı, kimiçi şeypur üfləməyi, kimisi də ocaq qalamağı təklif edir. Lakin bunlar xristian, yəhudi və atəşpərəst ayinləri olduğu üçün, Peyğəmbər heç birini bəyənmir.

Bir neçə gündən sonra Abdullah ibn Zeyd Peyğəmbərin yanına gəlib, qəribə yuxu gördüyünü bildirir. Guya yuxuda yaşıl geyimli bir nəfər ona namaz çağırışını öyrətmək istədiyini söyləyib, üzü qibləyə əvvəlcə azanı, ardınca da iqaməni oxuyub. Peyğəmbər Abdullahı dinləyib buyurur: "Bu, doğru yuxudur. Həmin kəlmələri Bilala öyrət; onun səsi sənin səsindən daha gözəldir". Abdullah da yuxuda eşitdiyi azan və iqamə cümlələrini Bilala öyrədir və Bilal həmin qayda ilə ilk azanı oxuyur.