Rusiyada çiçək xəstəliyi yayılıb Baytarlıq Xidməti


Digərləri 11 Sen 2018 21:26:00 301 0

Rusiyada çiçək xəstəliyi yayılıb  Baytarlıq Xidməti

Rusiyanın bəzi bölgələrində heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınıb. Bu səbəbdən də həmin ölkə ilə qonşu olan rayonlarımızda dezinfeksiya işlərinə başlanılıb. Quba, Qusar və Xaçmaza 15 min doza vaksin də göndərilib.

Son.az qol.az-a istinadən xəbər verir ki, Rusiya ilə qonşu olan rayonlarda dezinfeksiya işlərinə başlanılıb...

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına görə, Rusiyanın bəzi vilayətlərində iri və xırdabuynuzlu heyvanlar arasında yoluxucu xəstəliklər qeydə alınıb.

Dövlət Baytarlıq Xidmətinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri şöbəsinin müdiri Ramiz Salmanovun sözlərinə görə, xəstəliklərin ölkəmizə keçməsinin qarşısını almaq məqsədilə qonşu ölkə ilə həmsərhəd rayonların hər birinə çiçək xəstəliyi əleyhinə vaksinlər göndərilib.Vaksinlər artıq Quba,Qusar və Xaçmaz rayonlarına çatdırılıb.


Xəbərə aid video