Qadınla yemək yediyinə görə misirli kişi həbs olundu


Digərləri 11 Sen 2018 21:14:00 267 0

Qadınla yemək yediyinə görə misirli kişi həbs olundu

Misirli kişinin Səudiyyə Ərəbistanında bir qadınla yemək yediyi video Twitter-də paylaşıldıqdan sonra həbs edilib.

Videoda Misir ləhcəsi ilə danışan bir kişinin üzünü örtən niqab geyinmiş və səudiyyəli olduğu güman edilən qadınla səhər yeməyi yediyi görülür.

Bu, Səudiyyə Ərəbistanında iş yerləri və ya McDonald's və Starbucks kimi kafelərdə ailələrin və tək kişilərin ayrı yerlərdə oturması qanununa ziddir.

Belə yerlərdə qadınlar tək kişilərdən ayrı oturmalıdırlar.

Bu ölkədə qadınlar bir çox işləri onların kişi qəyyumları olmadan edə bilməzlər. Bu qəyyumlar adətən ata və ya həyat yoldaşı, bəzi hallarda isə qardaş və ya oğullar olur.

Misirli kişi Səudiyyə Əmək və Sosial İnkişaf Nazirliyi tərəfindən həbs olunub.

O, "bir neçə qanunu pozmaqda və ancaq səudiyyəlilərin edə biləcəyi mövqedən hərəkət etməkdə" ittiham olunur.