İsrail Ermənistan diplomlarını tanımadı


Dünya 11 Sen 2018 20:24:00 239 0

İsrail Ermənistan diplomlarını tanımadı

Ermənistan Təhsil Nazirliyinin nümayəndə heyəti İrana Ermənistan universitetlərinin diplomlarının tanınması məsələsinin müzakirəsi üçün yola düşəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu parlamentdə çıxışı zamanı Ermənistanın təhsil naziri Araik Arutyunyan deyib.

Onun sözlərinə görə, İran Təhsil Nazirliyi Ermənistandakı təhsilin keyfiyyətindən narahatdır: "Bizim İrandan olan həmkarlarımız narahatdırlar. Mən yaxın zamanlarda İrana gedəcəyəm. Mənimlə birgə bir sıra universitetlərin rəhbərləri də gedəcək və biz məsələni yerində müzakirə edəcəyik. İran bazarı Ermənistan üçün çox vacibdir".