Britaniya kəşfiyyatının “Apollon” əməliyyatı


Dünya 11 Sen 2018 17:36:00 260 0

Britaniya kəşfiyyatının “Apollon” əməliyyatı

Bu ilin martında Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalı və qızı Yuliyanı "Noviçok" əsəb-iflic qazı ilə səhərləyən iki QRU əməkdaşını deşifrə edən Rusiyanın Romadakı səfirliyində işləyən "Apollon" ləqəbli casusdur.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumatı "Daily Express" nəşri kəşfiyyatdakı mənbəyə istinadən yayıb.

Qəzetin yazdığına görə Skripalları zəhərləyən, "Aleksandr Petrov" və "Ruslan Boshirov" ad-soyadlarından istifadə edən QRU zabitləri Rusiyanın bu kəşfiyyat strukturunun növbəti uğursuzluğu nəticəsində ifşa edilib. Onları Mİ6 tərəfindən bu yaxınlarda ələ alınmış rusiyalı diplomat tanıyıb və əsl kimliklərini açıqlayıb.

Bildirilir ki, Rusiyanın Romadakı səfirliyində işləyən həmin "köstəbək" uzun aylar ərzində Britaniya kəşfiyyatının diqqətində olub, nəhayət o əməkdaşlıq etməyə razılıq verib. Bu, Solsberidəki kimyəvi silah hücumunun ardınca baş verib.

Qəzet bildirir ki, həmin rusiyalı diplomat səfirlikdə xidmət etsə də əslində onun işi NATO-nun fəaliyyətinə dair məxfi informasiyalar toplamaqdan ibarət idi. Bir dəfə özünü incəsənət əsərlərinin alverçisi kimi təqdim edən Mİ6 agenti ilə söhbət zamanı həmin diplomat etiraf edib ki, Qərbə mühacirət etmək istərdi. Çünki Rusiya prezidenti Vladimir Putinin Qərblə üzücü münaqişəni həll edəcəyinə ümidlərini itirib.