ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib


Dünya 11 Sen 2018 14:53:00 206 0

ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib

ABŞ-ın Əfqanıstan, İraq və Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar amerikalı vergi ödəyiciləri üçün 1,5 trilyon dollardan çox başa gəlib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2001-ci ilin sentyabrından başlayaraq ABŞ Yaxın Şərqdəki müharibələrə 1,501 trilyon dollar xərcləyib.