Cəbbəültariq kimin olacaq? FOTO


Dünya 11 Sen 2018 14:32:53 229 0

Cəbbəültariq kimin olacaq?  FOTO

İspaniya ərazisində Britaniya ərazisi sayılan Cəbbəültariqdə Milli Gün qeyd olunub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, minlərlə yerli sakin əllərində Britaniya bayrağı və "Cəbbəültariq Britaniyanındadır!" yazılmış şüarlar tutaraq mərkəzi "Grand Casements Square" meydanına toplaşıblar.

Toplaşanlar Britaniyanın baş naziri Tereza Meyin müraciətini də dinləyiblər.

Cəbbəültariq 1967-ci ildə suverenitetlə bağlı keçirilmiş referendumun nəticəsinə görə Britaniya ərazisi olaraq qalıb.

İspaniya isə bəyan edir ki, Britaniya "breksit" nəticəsində Avropa Birliyini tərk etmək niyyətini açıqladığına görə, Cəbbəültariq ispan ərazisi sayılmalıdır.