Vaqif Mustafayev “Amaci”nin yerli versiyasını çəkir


Digərləri 11 Sen 2018 14:20:00 344 0

Vaqif Mustafayev “Amaci”nin yerli versiyasını çəkir

Məşhur "Bu zalım dünyada doğulma" (Amaci) serialının Azərbaycan versiyası çəkilir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Anaya" adlanan fenomen layihə yeni sezonda Space TV-də yayımlanacaq. 

Ekran işinin anons videosu artıq təqdim olunub.  Layihədə yerli Amaci obrazını xalq artisti Mehriban Zəki canlandıracaq. Serialın artıq 20-ə yaxın bölümü çəkilib. 

Məlum olub ki, xalq artisti, rejissor Vaqif Mustafayev  "Bu zalım dünyada doğulma"nı istehsal edən şirkətlə müqavilə bağlayaraq serialı alıb və Azərbaycanda çəkmək qərarına gəlib. 


Xəbərə aid video