Xarici diplomların tanınması ilə bağlı sənəd qəbuluna başlanılıb


Digərləri 11 Sen 2018 13:33:22 222 0

Xarici diplomların tanınması ilə bağlı sənəd qəbuluna başlanılıb

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılıb.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədi ilə dəyişikliklər həyata keçirilib. Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq "Müraciət qaydaları" bölməsi yaradılıb, tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən "Mütəmadi verilən suallar" bölməsi istifadəyə verilib. Bununla yanaşı, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilməkdədir.

Vətəndaşların diqqətinə çatdırılır ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə əldə etmək mümkündür.