Polis maşınını pulsuz yumaq istəmədilər,


Dünya 11 Sen 2018 12:54:00 295 0

Polis maşınını pulsuz yumaq istəmədilər,

Moskvanın Xamovniki rayon məhkəməsində 35 yaşlı iki polis əməkdaşı barəsində cinayət işi üzrə iclasa hazırlıq gedir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının əməkdaşları avtoyuma məntəqəsində çalışan gəncləri maşını pulsuz yumaqdan imtina etdikləri üçün döyüblər. Hadisə aprelin 28-də baş verib.

Avtoyuma məntəqəsinə gəlmiş polis işçiləri maşınlarının pulsuz yuyulmasını tələb ediblər. Məntəqədə çalışan işçilər imtina etdikdə, polis əməkdaşlarından biri məntəqənin müdirinə azca pul verib və həmin vaxt dizi ilə onun qasıq nahiyəsinə zərbə endirib. Zərərçəkmiş qapalı travma və xayasının sağ hissəsinin hematoması diaqnozu ilə xəstəxanaya çatdırılıb.