Arzu Nağıyev: Putinlə görüş Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qaldı


Digərləri 11 Sen 2018 11:21:00 239 0

Arzu Nağıyev: Putinlə görüş Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qaldı

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri demək olar ki, heç bir nəticə vermədi.

Bakı. Samir Əli - Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri demək olar ki, heç bir nəticə vermədi. Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı: "Paşinyan-Putin görüşü gözlənildiyi kimi, Rusiya tərəfindən təlimatlar, Ermənistan tərəfindən hesabat xarakterli bir görüş kimi yadda qaldı. Görüş bir daha göstərdi ki, vassal dövlət necə olur və onun rəhbəri özünü necə aparmalıdır". A.Nağıyev qeyd edib ki, N.Paşinyanın özünü belə aparması da başadüşüləndir: