Metro qış qrafikinə keçdi,


Digərləri 11 Sen 2018 11:00:09 278 0

Metro qış qrafikinə keçdi,

Bakı Metropoliteni metro stansiyalarında qatarların payız-qış mövsümünə keçidlə bağlı yeni qrafikini təsdiqləyib

.

Bu barədə Son.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, təsdiq edilən yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq: "Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin ayrıldığı "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. Onu da xüsusi qeyd edək ki, qatarların "Bakmil" stansiyasından xəttə daxilolma və ya "Nəriman Nərimanov" stansiyasından xətdən çıxarılıb, depoya yolasalınma ərəfəsində "Ulduz-Həzi Aslanov" sahəsində interval fərqi bir qədər arta bilər".