NƏTİCƏLƏR açıqlandı: 1178 nəfər müəllim adını qazandı


Digərləri 11 Sen 2018 10:43:00 270 0

NƏTİCƏLƏR açıqlandı: 1178 nəfər müəllim adını qazandı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri məlum olub

Bakı. İlhamə İsabalayeva - 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron yerləşdirmə zamanı 1178 namizəd uğur qazanıb.