Baker Hughes Bakı Ali Neft Məktəbilə sıx əməkdaşlıq edir
Digərləri 11 Sen 2018 10:12:37 285 0
Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib.
Bakı.
Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib.
BANM-dan Trend-ə verilən məlumata görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-ın əməkdaşları iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin Baker Hughes-la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Rasel isə BANM-ın şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün Baker Hughes-ın standartlarına tam cavab verdiklərini qeyd edib. O həmçinin bildirib ki, şirkət BANM-dan növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.
Mənbə: az.trend.az