Tramp özü haqqında kitab yazacağını vəd verib


Dünya 11 Sen 2018 08:50:00 267 0

Tramp özü haqqında kitab yazacağını vəd verib

ABŞ prezidenti Donald Tramp jurnalist Bob Vudvordun "Qorxu: Tramp Ağ Evdə" kitabını tənqid edib.

Son.az "Report"a istinadən bildirir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün "Twitter"dəki səhifəsində yazıb.

Birləşmiş Ştatların dövlət başçısı bildirib ki, o, özü barəsində kitab yazacaq. Trampın sözlərinə görə, Vudvordun kitabı ona qarşı daha bir hücumdur.