Alimlər gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti olduğunu bildirir


Digərləri 11 Sen 2018 08:18:00 320 0

Alimlər gündüz yuxusunun təhlükəli xəstəlik əlaməti olduğunu bildirir

Böyük Britaniyalı alimlər gündüz yuxusunun daha çox Alzheymer xəstəliyinin əlaməti olduğunu müəyyən edib.

Son.az Trend-ə istinadən bildirir ki, alimlər bir neçə min yaşlı insanı və onların yuxu rejimini 16 il ərzində müşahidə edib. Müəyyən olub ki, gündüz vaxtı yuxuculluq əksər hallarda Alzheymer xəstəliyinin yarandığına işarədir.

Mürgüdən şikayət edən təcrübə iştirakçıları yuxuculluq hiss etməyənlərdən üç dəfə çox Alzheymer xəstəliyinə meylli olub.