ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağlayıb


Dünya 11 Sen 2018 07:48:00 256 0

ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağlayıb

Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı ofisi bağlanıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, administrasiya bu qərarı dəqiq təhlildən sonra qəbul edib. Bununla yanaşı, qeyd olunur ki, Dövlət Departamenti iki tərəf arasında danışıqlar yolu ilə sülhün əldə olunması üçün səylərdən imtina etmir.