Hər bir azərbaycanlı 15 sentyabrın əhəmiyyətini dərindən bilməlidir


Digərləri 11 Sen 2018 07:00:00 279 0

Hər bir azərbaycanlı 15 sentyabrın əhəmiyyətini dərindən bilməlidir

"1918-ci il sentyabrın 15-də və Azərbaycan Korpusu və Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycanın tarixi mərkəzi olan Bakı şəhəri erməni daşnak dəstələrindən və bolşeviklərdən azad edildi. Bununla da Azərbaycan bütövləşdi, Azərbaycan Xalq Cümhuriyyəti və dövlətçiliyimiz yeni müstəqillik mərhələsinə qədəm qoydu. Azərbaycanda hər il sentyabrın 15-ni böyük həvəslə gözləyir və onu xüsusi qeyd edirlər. Bu gün hər bir azərbaycanlı 15 sentyabrın əhəmiyyətini dərindən bilməlidir".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin üzvü, YAP İcra Katibliyinin şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, bu gün Bakı artıq güclü bir dövlətin paytaxtına, o cümlədən dünyanın bir sıra vacib məsələlərinin həll olunduğu bir platformaya çevrilib: "Bakısız Azərbaycan yoxdur. Bakını yenidən milli dövlətimizin paytaxtına çevirməklə Azərbaycan xalqı taleyini öz əlinə almış oldu. Həmin dövrdən başlayaraq Bakı dünya siyasətində, baş verən proseslərdə xüsusi yer tutur.

Əlbəttə uzun müddət lazım idi ki, Azərbaycanın taleyini həll edən ulu öndər Heydər Əliyev və prezident İlham Əliyev siyasi səhnəyə gəlsin. Onların məqsədyönlü və düşünlümş siyasətinin və fəaliyyəti nəticəsidir ki, bu gün artıq Bakı deyəndə bütün dünya inkişaf edən, özünün uğurları ilə diqqəti cəlb edən çox güclü bir dövləti təsəvvürünə gətirir".