Milyarder "WhatsApp" və "Skype" vasitəsilə zənglərə qadağanı götürməyə çağırır


Digərləri 10 Sen 2018 23:30:00 291 0

Milyarder "WhatsApp" və "Skype" vasitəsilə zənglərə qadağanı götürməyə çağırır

Birləşmiş Ərəb Əmirliklərindən olan məşhur sahibkar və milyarder, "Al Habtoor Group" şirkətinin rəhbəri Xələf Al Habtur "WhatsApp" və "Skype" vasitəsilə zənglərə qadağının əleyhinə olduğunu bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dubaylı sahibkar Əmirlik sakinlərinin "WhatsApp" və "Skype" vasitəsilə pulsuz zəng edə bilmələri üçün ölkənin telekommunikasiya şirkətlərini VoIP rabitə xidmətlərinin bloklanmasını aradan qaldırmağa çağırıb. Al Habtur öz müraciətində vurğulayıb ki, yerli "Etisalat" və "du" telekommunikasiya şirkətləri VoIP zənglərinə icazə verməlidirlər, çünki BƏƏ hər işdə, o cümlədən rabitə sahəsində də bir nömrəli ölkə olmağa çalışır.