Misir BMTnin insan hüquqları üzrə ali komissarının bəyanatını qətiyyətlə pisləyib


Dünya 10 Sen 2018 23:04:00 256 0

Misir BMTnin insan hüquqları üzrə ali komissarının bəyanatını qətiyyətlə pisləyib

Misir hökuməti ölkədə qadağan edilmiş "Müsəlman qardaşlar" terror təşkilatının 75 üzvü barədə bu günlərdə Qahirə Cinayət Məhkəməsinin çıxardığı ölüm hökmü ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin bəyanatını qətiyyətlə pisləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Misir XİN-in bəyanatında ali komissarın obyektivlik və peşəkarlıq meyarlarından, həmçinin tutduğu beynəlxalq vəzifə səlahiyyətlərindən uzaqlaşdığı bildirilir. Qeyd olunur ki, bu, komissar Mişel Baçeletin fəaliyyətində uğursuz başlanğıcdır.

Misirin xarici siyasət idarəsi M.Baçeletin məhkum olunanların törətdiyi cinayətin ağırlığına, təqsirsiz insanların, hüquq mühafizə orqanları əməkdaşlarının qətlinə məhəl qoymayaraq, ölkənin məhkəmə orqanlarının qərəzsizliyinə kölgə salan və onları "Müsəlman qardaşlar" terror təşkilatının fəallarına qarşı repressiyada ittiham edən mülahizələrini təkzib edir və yolverilməz sayır.

Bununla yanaşı, XİN məhkəmə orqanlarının qanunun aliliyi prinsipinə tam sadiq olduğunu təsdiqləyir.