Qəbələdə tarixi bina üzə çıxdı VİDEO


Digərləri 10 Sen 2018 21:54:00 286 0

Qəbələdə tarixi bina üzə çıxdı  VİDEO

Qəbələdə Qədim Qəbələ şəhərinin Səlbir ərazisindəiri yaşayış binası və binaya aid yardımçı tikili qalıqları aşkar edilib. Son.az bildirir ki, hazırda tikilinin bir böyük otağı, dəhlizi və qapı yerlərində qazıntılar davam etdirilir. Dəhlizin başlanğıc hissəsində bişmiş kərpiclərdən qurulmuş pilləkənlər də tədqiq olunmuşdur ki, pilləkənələrdən dəhlizə düşdükdən sonra oradan müxtəlif istiqamətlərə otaqlar ayrılır.

Aşkar edilmiş bina qalığı eramızın XII-XIII əsrlərinə aid edilir ki, XIII əsrin sonlarından bina tamamilə tərk olunub və zamanla kütləvi dağıntıya məruz qalıb. Burada suvaq məhlulundan daxili divarların tərtibatında geniş istifadə olunub. Suvaq qatı üzərində həndəsi naxışlar müşahidə olunur.

Sonrakı dövrlərdə yəni, XIV-XVI əsrlərdə qeyd olunan yerdə kiçik qəbirstanlıq salınıb. Arxeoloji qazıntılar zamanı tapılmış insan skeletlərinin də antropoloji tədqiqi üzrə işlər də nəzərdə tutulub. /xezerxeber.az