Bakıda Adriano Çelentano Festivalının açılışı keçirildi


Digərləri 10 Sen 2018 19:12:00 271 0

Bakıda Adriano Çelentano Festivalının açılışı keçirildi

9 sentybar 2018-ci il tarixində "The Landmark" otel və biznes mərkəzinin "Jazz club" zalında İtaliya Respublikasının Azərnbaycandakı səfirliyinin dəstəyi ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş açıq hava festivalının rəsmi açılışı keçirildi.

Son.az xəbər verir ki, rəsmi açılış zamanı İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Auqusto Massari, Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Azərbaycanda yaşayan italiyanlar və Çelentanonun yerli pərəstişkarları iştirak edirdi.

Festivalın açılışını United Cultures şirkətinin icraçı direktoru edərək bütün qonaqları gəldikləri üçün təşəkkür etdi. Öz çıxışında xanım Casagrande Azərbaycanda İtaliya mədəniyyətinin - musiqisinin, incəsənətinin və filmlərinin, xüsusilə də Çelentanonun yaradıcılığının sevildiyini böyük qürur olduğunu bildirərək, məhz bu səbəbdən də bu festivalın keçirildiyini vurğuladı.

Çıxışa davam edən Azərbaycanın əməkdar artisti Hüsniyyə Mürvətova, Adriano Çelentano yaradıcılığının nəinki bir nəsilin, bir neçə nəsilin yetişdirilməsində böyük xidmətinin olduğunu vurğuladı. O, Adriano Çelentanonun filmlərində İtaliyanın özünəməxsusluğunu, İtaliya temperamentinin və İtaliya yumorunun çox gözəl çatdırıldığını vurğulayaraq, Azərbaycan və İtaliya xalqlarının nə dərəcədə bir-birinə yaxın və mehriban olduğunu qonaqların diqqətinə çatdırdı. Daha sonra isə qonaqlar festivalın ilk "İnadkarın ram edilməsi" filmini izlədilər.


Xəbərə aid fotolar