Qərb rayonlarında 5 gün qaz olmayacaq


Digərləri 10 Sen 2018 18:30:00 232 0

Qərb rayonlarında 5 gün qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Bakı. Sentyabrın 11-dən etibarən 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan, Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.