Azərbaycan avqustda gündəlik neft hasilatını qismən artırıb


Digərləri 10 Sen 2018 17:42:00 301 0

Azərbaycan avqustda gündəlik neft hasilatını qismən artırıb

Energetika Nazirliyi 2018-ci il avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb

Bakı. Energetika Nazirliyi 2018-ci il avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda avqust ayı ərzində gündəlik neft hasilatı 774 min barrel olub. Bunun 716 min barrelini xam neft, 58 min barrelini kondensat təşkil edib. Gündəlik 641 min barrel xam neft, 58 min barrel kondensat, 19 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.