Bu yay kimlər “tutuzdurdu”? Hər yerdə onları eşitdik


Şou-biznes 10 Sen 2018 15:52:00 279 0

Bu yay kimlər “tutuzdurdu”?  Hər yerdə onları eşitdik

Ötən illərə nisbətən bu yay şou-biznes daha qaynar və işgüzar oldu. Belə ki, sənətçilərin əksəriyyəti maraqlı iş ortaya qoyaraq rəqabətə qoşuldular. Kimisi mahnı, kimisi klip, kimisi isə konsertləri ilə yadda qaldı. Bu sezon dillər əzbəri olan, bir sözlə hitə çevrilən mahnılar da ortaya çıxdı. 

Son.az qafqazinfo-ya istinadən  yayın ən hit mahnılarının siyahısını təqdim edir:

Natavan Həbibi - "Sevgi bizi yola verdi"

Uzun müddətdir ki, hit mahnılar ifa etməyən Natavan bu ilin aprelində sükutu pozdu. Lakin mahnı yay fəslində partlayışa səbəb olub, TV və radio hit-paradlarında həftələrlə birinci olub. 

Bundan əlavə, layihəni "Youtube"də 5 milyondan çox insan izləyib. 

Murad Arif və Ramil Nabran "Oppalara"

Müğənni-bəstəkar Murad Ariflə Ramil Nabranın "Oppalar"ı yayda ən çox klublarda, əyləncə mərkəzlərində səsləndirilən, sosial şəbəkələrdə paylaşılan mahnı oldu. Maraqlı klip və iki məşhurun  fərqli obrazı bəstənin hit olmasına kömək etdi, "Youtube"də 8 milyondan çox baxış topladı. Həmçinin, türkiyəli müğənni Ziynet Sali də bəstəni "Hadi oppalara" adı ilə ifa edib klip çəkdirdi. 

Əhməd Mustafayev - "Canan"

Sözləri Məşhədi Babaya, musiqisi isə Əhmədə aid mahnı gənclərlə yanaşı, yeniyetmə və uşaqların sevimlisinə çevrildi.  Fərqli tərzdə aranjıman olunan mahnıya çəkilən klip də fərqlidir. Bu mahnını Əhmədin yaradıcılığının zirvəsi hesab etmək olar. Klipi "Youtube"da 10 milyondan çox insan izləyib. 

Fərhad Xəlif - "Badamı"

Sosial şəbəkələrdə fenomenə çevrilən mahnı son bir ayda hitə çevrildi və "Youtube"da 7 milyondan çox baxış toplayıb. 

Bu məqamda bildirək ki, məşhur mahnının müəllifi elə ifaçının özüdür.