Putindən nazirlərə irad: "Çıxışınızı qısa edin"


Dünya 10 Sen 2018 14:34:00 270 0

Putindən nazirlərə irad: "Çıxışınızı qısa edin"

Rusiya prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclası zamanı iştirakçılara qısa çıxış etməyi tövsiyə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, V.Putin nəqliyyat naziri Yevgeni Ditrixin 12 dəqiqəlik çıxışından sonra iclas iştirakçılarına belə uzun məruzələrlə çıxış etməməyi bildirib: "Xahiş edirəm ki, qısa danışın".