III Azərbaycan Elm Festivalının keçirilmə tarixləri açıqlanıb


Digərləri 10 Sen 2018 13:46:00 200 0

III Azərbaycan Elm Festivalının keçirilmə tarixləri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə oktyabrın 9-30-da ölkəmizdə III Azərbaycan Elm Festivalı keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə oktyabrın 9-30-da ölkəmizdə III Azərbaycan Elm Festivalı keçiriləcək. Akademiyadan Trend-ə verilən məlumata görə, festival UNESCO-nun himayəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AR Prezidenti yanında Elmin İnkişafı Fondu, AR Prezidenti yanında Bilik Fondu, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Moskva Dövlət Universiteti və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.