Azərbaycanda orta aylıq əmək haqqı 542 manatı keçib


Digərləri 10 Sen 2018 13:25:00 240 0

Azərbaycanda orta aylıq əmək haqqı 542 manatı keçib

2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 542,3 manat olub.

Son.az bildirir ki, report bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.