Londonda onlarla oliqarxın aktivlərinə həbs qoyulması gözlənilir FOTO


Dünya 10 Sen 2018 12:08:00 250 0

Londonda onlarla oliqarxın aktivlərinə həbs qoyulması gözlənilir  FOTO

Solsberigə "Noviiçok" kimyəvi silahı ilə sui-qəsd həyata keçirmiş iki QRU agenti barədə informasiyanın açıqlanmasından sonra onlarla rusiyalı oliqarxın Böyük Britaniyadakı aktivlərinə həbs qoyulması gözlənilir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "The Daily Mail" nəşri yazıb.

Qəzet hökumətdəki mənbələrə istinad edərək bildirir ki, yaxın aylarda mütəşəkki cinayətkarlıqla mübarizə üzrə Milli agentlik 100-dən çox xarici vətəndaşa qarşı "naməlum mənşəli vəsait hesabına əldə edilmiş əmlak" sorğusu üzrə tədbirlər görəcək. Onlardan çoxu rusiyalıdır.

Böyük Britaniyada qəbul edilmiş qanuna görə bu ölkədə dəyəri 50 min dollardan baha olan əmlak, aktiv əldə edən xaricilər vəsaitin mənbəyini göstərməli, bu pulların qanuni şəkildə qazanıldığını sübut etməlidir. Əks halda onların aktivlərinə həbs qoyulur.

Bir neçə ay əvvəl həmin qanunun cəmi 3 dəfə tətbiq edildiyi üzə çıxanda hökumətin nazirləri kəskin tənqidə məruz qalmışdı. İndi isə bildirilir ki, mütəşəkkil cinayətkarlığa qarşı milli Agentlik 100-dən çox belə sorğu verib. Həmin sorğulara cavab almaq vaxt tələb edir. "Lakin yəqin çoxlarının nəzərindən qaçmayıb ki, Roman Abramoviç kimi oliqarx çoxdandır Britaniyada görünmür", - qəzet yazır.