“TURAZ Şahini 2018” birgə təlimləri davam edir VİDEO


Digərləri 10 Sen 2018 11:32:00 270 0

“TURAZ Şahini  2018” birgə təlimləri davam edir  VİDEO

"TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimlərinin planına uyğun olaraq Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyəti, döyüş uzlaşması imkanlarının öyrənilməsi, havadan zərbələr endirməklə şərti düşmənin yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetirilir.