“ASAN xidmət”ə 24 milyonuncu müraciət qeydə alındı


Digərləri 10 Sen 2018 10:22:39 295 0

“ASAN xidmət”ə 24 milyonuncu müraciət qeydə alındı

Bu gün “ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Bakı. Bu gün “ASAN xidmət”ə 24 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu müraciət Sumqayıt “ASAN xidmət” mərkəzinə Cavadovlar ailəsi tərəfindən edilib. Ailə Ədliyyə Nazirliyinin doğumun qeydə alınması xidmətinə müraciət edərək əkiz övladlarına doğum haqqında ilkin şəhadətnamə alıb.