Nadir hallarda rast gəlinən xəstəliklər üçün olan bu dərmanlar Azərbaycanda da olacaq


Digərləri 10 Sen 2018 10:01:00 240 0

Nadir hallarda rast gəlinən xəstəliklər üçün olan bu dərmanlar Azərbaycanda da olacaq

Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib. Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).