Məşhur boksçunun əzizləri qəzada


Dünya 10 Sen 2018 09:43:00 213 0

Məşhur boksçunun əzizləri qəzada

Türkiyənin məşhur boksçusu Hüseyin Cinkaranın böyük qardaşı Hasan Cinkara (46) Almaniyada ağır qəzaya düşüb. 

H.Cinkaranın idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Avtomobildə Hasan Cinkaranın 9 yaşlı qızı Sevdanur Cinkara da olub. Qəza nəticəsində ata və bala həlak olublar.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, qəza keçən cümə günü Almaniyanın Oftersheim şəhərində baş verib. 


Xəbərə aid fotolar