Separatçıların baş naziri həlak oldu


Dünya 10 Sen 2018 09:36:01 222 0

Separatçıların baş naziri həlak oldu

Gürcüstan ərazisi olan Abxaziyadakı separatçı rejimin "baş nazir"i Gennadi Qaquliya yol-nəqliyyat qəzasında həlak olub.

Son.az RİA Novosti-yə istinadən bildirir ki, qarşıdan gələn maşınla toqquşandan sonra Qaquliyanın olduğu avtomobil yol kənarına düşüb.

Qəza Qudauta rayonunda, Psou-Suxumi yolunda, Myusser polis postunun yaxınlığında baş verib.

"Baş prokuror" Daur Amiçbanın dediyinə görə, "baş nazir" qəzada həlak olub, mühafizəçi və sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıblar: "Qarşıdan gələn, qəzaya səbəb olan avtomobilin sürücüsü narkotik maddənin təsiri altında olub. O, həbs olunub. Cinayət işi açılıb, istintaq gedir".