Bakıda kirayə mənzil problemi yaranıb


Digərləri 10 Sen 2018 09:08:00 231 0

Bakıda kirayə mənzil problemi yaranıb

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib. 

Son.az xəzərxəbər-ə istinadən bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini deyirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.

Mənzil axtaranlar kirayə ev tutarkən, əsasən, metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da, ümumiyyətlə, tapmaq mümkün deyil.