5 otaqlı ev yanıb


Digərləri 10 Sen 2018 08:43:00 218 0

5 otaqlı ev yanıb

Abşeron rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 180 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı, dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.