İşdə su içməyi vərdiş halına gətirin


Digərləri 10 Sen 2018 07:55:00 235 0

İşdə su içməyi vərdiş halına gətirin

Hərəkətli iş həyatı içində bəzən su içmək unudula bilir. Bu da halsızlıq, baş ağrısı, unutqanlıq və dəri quruluğu kimi bir çox problemlərə səbəb olur.

Son.az ailem.az-a istinadən iş həyatında da su içməyi vərdiş halına gətirməniz üçün bəzi yollar göstərir.

İçəcəyiniz suyun miqdarını müəyyən edin

Su ehtiyacı gün ərzində alınan kaloriyə görə hesablana bilər. Məsələn, gündə 1.800 kalori alırsınızsa, ən az 1,8 - 2 litr su içməlisiniz. Kalori hesabı apara bilməyən qadınlar gündə təxminən 2, kişilər isə 2,5 litr su içə bilər. Yetərincə su alıb-almadığınızı sidiyə çıxma sayı və sidiyinizin rəngini yoxlayaraq da təqib edə bilərsiniz. Yetkin bir şəxs gündə 6 - 7 dəfə sidiyə çıxırsa və sidik rəngi açıq sarı və ya soluq sarı rəngdədirsə, deməli, kifayət qədər su içir.

Hər an gözünüzün önündə olsun