4 yaşlı uşağın üzərinə qaynar yağ dağılıb


Digərləri 10 Sen 2018 01:30:00 306 0

4 yaşlı uşağın üzərinə qaynar yağ dağılıb

Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Son.az "report"-a istinadən bildirir ki, ötən gün axşam saatlarında rayonun 2014-cü il təvəllüdlü Oxut kənd sakini Məmmədli Vüsal Vüqar oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Şəki MRX-dən verilən məlumata əsasən, müayinə zamanı 4 yaşlı Vüsal Məmmədlinin yaşağı ünvanda üzərinə qaynar yağ dağıldığı məlum olub. Nəticədə V.Məmmədli hər iki yanağından və sol bazudan I-II dərəcəli termiki yanıq xəsarətləri alıb. İlkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicə olunmaq üşün uşaq xəstəlikləri xəstəxanasına göndərilib.