Qaynana gəlininin adına götürdüyü krediti ödəmir Azərbaycanda VİDEO


Digərləri 09 Sen 2018 22:35:00 267 0

Qaynana gəlininin adına götürdüyü krediti ödəmir  Azərbaycanda  VİDEO

Gözdən əlil olan gəlin qaynanasının onun adına kredit götürdüyünü və ödəməkdən imtina etdiyini iddia edir.

Son.az bildirir ki, Yevlaxın Aran qəsəbəsindən Tərtər rayonuna gəlin köçən Aygün İbrahimovanın adına qaynanası Mehbarə Bəylərova 500 dollar məbləğində kredit götürüb. Bir müddət keçdikdən sonra gəlin boşanıb ata evinə qayıtsada kredit kartı həmin evdə qalıb və hər ay ödənilməli olan məbləğ Aygün İbrahimovanın əlilik üçün təyin edilən 47 manatdan tutulub.

Yevlax sakini 2 il ərzində ödəmə eləsə də hələdə banka 404 manat borclu qaldığını deyir. Qadın bunu ödəməkdə çətinlik çəkdiyindən keçmiş qaynanasına krediti ödəməsini bildirsə də ona yox cavabı verilib.

Bir övladı ilə atasının himayəsinə sığınan qadın çarəsiz qaldığını bildirir. Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənməyə cəhd etsək də cavabsız qalıb.