Gürcüstanın hakim partiyası prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb


Dünya 09 Sen 2018 20:14:00 268 0

Gürcüstanın hakim partiyası prezident seçkilərində dəstəkləyəcəyi namizədin adını açıqlayıb

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcək.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə partiyanın siyasi şurasının iclasından sonra parlamentin sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, "Gürcü Arzusu" partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etməyəcək:

"Bu qərarın səbəbi ondan ibarətdir ki, Gürcüstan parlament respublikasıdır və siyasi hakimiyyət parlament və hökumətə məxsusdur. Prezident nə hakim partiya, nə də müxalifətin maraqlarını təmsil etməlidir. Dövlət başçısı xalqın maraqlarının obyektiv müdafiəçisi olmalıdır".

İ.Kobaxidze qeyd edib ki, S.Zurabişvilinin böyük siyasi və diplomatik təcrübəsi var: