Sancı və insultdan qorunmaq üçün ən sadə üsul açıqlandı


Digərləri 09 Sen 2018 19:59:00 234 0

Sancı və insultdan qorunmaq üçün ən sadə üsul açıqlandı

Kanadanın Müqəddəs Mixayla xəstəxanasının biotexnologiya araşdırmalar mərkəzinin müxətəssisləri sübut ediblər ki, özündə yüksək yağlılıq saxlayan məhsullar insanı ürək-damar xəstəliklərindən qoruyur. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məlumat "MedicalXpress"in press-relizində yerləşdirilib. 

Məlumdur ki, qidalanma zamanı insan orqanizmində artan A-IV (ApoA-IV) apolipoproteini ürək-damar xəstəliklərinin profilaktikasına yardım edir. Alimlər bildiriblər ki, ApoA-IV ürək-damar xəstəliklərinin yaranmasında əsas rol oynayan trombositlərin aktivliyinin azaldılmasına səbəb olur.