Alimlər 130 milyon il yaşı olan dinozavr skeletinin qalıqlarını aşkarlayıblar


Digərləri 09 Sen 2018 19:25:00 268 0

Alimlər 130 milyon il yaşı olan dinozavr skeletinin qalıqlarını aşkarlayıblar

Çində alimlər tərəfindən aparılan qazıntılar nəticəsində 130 milyon il əvvələ aid dinozavr skeletinin qalıqları aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin şimalındakı Fıngning Man vilayətində tapılan skelet dinozavrın bud sümüyünün qalıqlarından ibarətdir. Parçalanmış vəziyyətdə aşkarlanan skelet üzərində aparılan araşdırmaya əsasən, dinozavrın uzunluğu 7-10 metr olub.

Alimlər bu sümüklərin yeni bir növ dinozavra aid olduğunu ehtimal edirlər. Onlar qazıntı işlərini iki il davam etdirmək niyyətindədirlər.