Çində dəniz suyunda tez parçalanan plastik hazırlandı


Digərləri 09 Sen 2018 17:06:00 248 0

Çində dəniz suyunda tez parçalanan plastik hazırlandı

Çin alimləri dəniz suyunda qısa vaxt ərzində parçalana bilən plastik növü hazırlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.

Çin Elmlər Akademiyasının Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həll olma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.

İnstitutun böyük mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastik növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.