İlginc iddia:


Digərləri 09 Sen 2018 12:02:00 283 0

İlginc iddia:

İran Milli Məclisi Ətraf Mühit Qrupunun üzvü, deputat Əbdülkərim Hüseynzadə təbii və bəşəri amillərin Xəzər dənizinin ekosistemini təhdid etdiyini və bu vəziyyətin dənizin qurumasına yol aça biləcəyini söyləyib. O, qeyd edib ki, hökumət düzgün planlaşdırma və büdcə təsisi ilə ölkənin önəmli varlıqlarından biri olan Xəzər dənizinin qurumasının qarşısını ala bilər. Dənizin quruma ehtimalı var.

Qeyd edək ki, İranda son illər təsirini göstərən quraqlıq ölkənin Qərbi Azərbaycan əyalətindəki Urmiya gölü və İsfahandakı Zayende çayı kimi su mənbələrinin böyük qisminin qurumasına səbəb olub. Quraqlıq kənd təsərrüfatına mənfi təsir edib, əkinçiliyə ziyan vurub, kənd adamları şəhər mərkəzlərinə doğru köç etməyə məcbur qalıb. 

Son.az bildirir ki, Sputnik Azərbaycan iranlı deputatın fikirlərinin həqiqətə nə qədər uyğun olduğunu öyrənmək üçün AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidreometeorologiya şöbəsinin müdiri Zabit Allahverdiyevə müraciət edib.

Z.Abdullayev bildirib ki, Xəzərin quruması ilə bağlı iddialar hər zaman olub: "Hələ yaz aylarında Amerika, Rusiya və Fransa alimlərinin birgə apardıqları tədqiqatın nəticələri açıqlanmışdı. Qeyd edilmişdi ki, qlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq. Yəni belə açıqlamalar zaman-zaman gündəmə gəlir".

Qurum rəsmisi İranlı millət vəkilinin iddiasını isə belə cavablandırıb: "İranlı millət vəkilinin açıqlamasına gəldikdə, insanlar çox zaman dedikləri sözün nə ilə nəticələnəcəyini düşünmürlər. O, əslində Xəzərin səviyyəsinin 2009-cu ildən intensiv düşməyə başladığını deyib. Bilirsiniz ki, Xəzər dənizi okean səviyyəsindən 27 metr aşağıdır".